“KONTUR ARXİTEKTURA LAYİHƏ-SƏNAYE” QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
“Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyəti (“Kontur Arxitektura Layihə-Sənaye” QSC), sənaye, mənzil, məişət təsərrüfatlı obyektlərinin tikintisi və yenidənqurulması, nəqliyyat, energetika və təhsil tikintisi sahələrində aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə görə Azərbaycanın aparıcı cəmiyyətlərdən biridir. Cəmiyyət 1988-ci ilin noyabr ayında koperativ kimi fəaliyyətə başlamış, hal-hazırda isə Cəmiyyət kimi fəaliyyət göstərir.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC 32 il ərzində Azərbaycan dəmir yolları, Gürcüstan Respublikası Nəqliyyat Nazirliyi “Marabda Karshaki dəmir yolları” MMC, AYİST Petrokimya San. və Ticarət AŞ, “Akkord” Stik” ASC, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, “SOCAR” “Barmek” AEŞ MMC, “Azpetrol” LTD, “Todini Construzioni General S.p.A”, “AKKORD QUM” MMC, “Soyuzkontakt-Trans”, “AzMeCo” ASC və sair şirkətlərlə daim əməkdaşlıq etmişdir.
Yaxşı şəxsi texniki-material bazaya, yüksək təcrübəli işçilərə malik olan “Kontur Arxitektura Layihə-Sənaye” QSC layihələndirmə və tikinti quraşdırma işlərini hər bir obyektlərdə yüksək keyfiyyətdə, dünya standartlarına uyğun şəkildə yerinə yetirərərək təhvil vermişdir.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin aşağıdakı işlər üzrə təcrübəsi və lisenziyası vardır:
- Xüsusi torpaq işləri: ankerlərin torpağa bərkidilməsi və binaların «torpaqda divar» üsulu ilə tikilməsi; enmə quyularının və kessonların qurulması; qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması;
- Beton və dəmir-beton konstruksiyaların quraşdırılması;
- Metal konstruksiyaların quraşdırılması;
- Ağac konstruksiyaların quraşdırılması;
- Fasad işləri;
- Svay işləri;
- Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri;
- Hidrotexniki işlər: sualtı-texniki işlər; dambaların (torpaq bəndlərin) tikintisi; limanların tikintisi; pirslərin tikintisi; sahilbərkitmə işləri; su anbarları;
- Yol tikintisi: avtomobil yolları; aerodromların uçuş-enmə zolaqları; elektrik sərnişin nəqliyyatı (tramvay, trolleybus və hava-kanat xətləri) yolları; nəqliyyat tunelləri və metropolitenlər; dəmiryol xətləri;
- Körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi;
- Xüsusi qurğuların tikintisi və quraşdırılması: radiorabitə, radio və televiziya qurğuları və qüllələr; rezervuarlar və qazholderlər (qaz anbarları); elektrik ötürücü xətləri;
- Sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək; aşırımı 24 metr və daha çox; hündürlüyü 65 metrədək; hündürlüyü 65 metr və daha çox; tutumu 5 min nəfərədək; tutumu 5 min nəfər və daha çox.
- Nəqliyyat qurğularının layihələndirilməsi;
- Dəmir yollarının layihələndirilməsi;
- Mühəndis sistemlərinin layihələndirilməsi;
- Elektrik təchizatı sistemlərinin layihələndirilməsi;
- Nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi;
- Layihələrin xüsusi bölmələrinin işlənilməsi;
- Tikintinin təşkilinin layihələndirilməsi;
- Smetaların tərtib edilməsi.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC bir sıra dövlət və beynəlxalq əhəmiyyətli obyektlərin layihələndirilməsi və tikintisində də iştirak etmişdir:
- Şimal və Qərb istiqamətində neft kəmərlərinin tikintisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün Bakı-Böyük Kəsik istiqamətində optik-lifli kabellərin çəkilməsində layihə və tikinti işləri, qaçqınlar və məcburi köçkünlər üçün yaşayış yerlərinin təmiri və yenidən qurulması və azad olunmuş yaşayış məntəqələrinin bərpası;
- “Marabda Karshaki dəmir yolları” MMC Axalkalaki dəmiryol stansiyasının tikintisi və layihələndirilməsi;
- Filippin National Railway sifarişi ilə Filippin Respublikası Mindanau adasının dəmir yollarının əsaslı təmiri və layihələndirilməsi.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC Bakı-Ceyhan neft kəmərinin tikitisi üçün kiçik həcmli obyektlərin tikintisi işlərini, Bakı şəhərinin rayonlarında “Barmek” AEŞ MMC-nin sifarişi üzrə hündür mərtəbəli yaşayış binalarının elektrik təchizatının yenidən qurulması işlərini də yerinə yetirmişdir.
Bundan əlavə, Cəmiyyətimiz keçmiş Nəqliyyat Nazirliyinin sifarişi əsasında Azərbaycan dəmir yollarının rabitə və enerji təchizatının, dəmir yol körpülərinin, süni qurğuların, giriş və stansiya yollarının yenidən qurulması işlərini həyata keçirmişdir.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC, Sərənçə-Qaradağ ərazisində 37 km birxətli köhnə yolun söküntüsü, ikixətli yol üçün torpaq yatağının hazırlanması, süni qurğuların tikintisi, ikixətli yolun üst quruluşunun təzə materiallarla tikintisi, kontakt şəbəkəsinin, rabitə və işarəvermə infrastrukturunun qurulması layihəsi üzrə işləri yerinə yetirməkdədir.
Həmçinin “Kontur Arxitektura Layihə-Sənaye” QSC, TOO “İntegra Construction KZ” nin sifarişi əsasında Yalama-Sumqayıt (174 km) və Sumqayıt-Yalama (174 km) layihələri üzrə ikixətli yolun söküntüsü, ikixətli yolun üst quruluşunun təzə materiallarla tikintisi üzrə işləri davam etdirməkdədir.
Cəmiyyətimizə təqdim olunan iş həcmləri yerinə yetirilməzdən əvvəl bütün aidiyyəti idarələr və təşkilatlardan lazımi texniki şərtlər alınır, sonra tender üzrə iş həcmləri yerinə yetirilir. Tikintiyə başlamazdan əvvəl mövcud elektrik təchizatı şəbəkələrinin və başqa kommunikasiyaların müayinəsi aparılır. Bu iş tikinti zamanı əlavə şəbəkələrin tikilməməsi və həmçinin ayrılan vəsaitlərin qənaətlə xərclənməsi məqsədilə yerinə yetirilir.